...

Azercell "Maksimum" proqramını təqdim edir

Telekommunikasiya Materials 30 Oktyabr 2007 18:59 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycanın ən böyük mobil rabitə operatoru "Azercell Telekom" BM "SimSim", "GəncSim" və "Bizdən-Bizə" abonentləri üçün yeni "Maksimum" proqramını təqdim edir. Bu barədə şirkətin məlumatında göstərilib.

"Maksimum" proqramına üzv olan abonentlərin balansına avtomatik olaraq pulsuz 77 SMS və 77 MMS  əlavə olunacaq. Bu Proqrama qoşulmaq üçün, sadəcə, "Maksimum" sözünü yazıb, 7777 qısa nömrəsinə göndərmək lazımdır. Verilən pulsuz SMS və MMS istifadə müddəti 30 gündür.

Bundan başqa, "Maksimum" proqramına üzv abonentlər arasında danışıqlarda 3 saniyə=1 kontur hesabı ilə aparılacaq və ilin sonuna kimi qüvvədə olacaq.

Proqrama üzv olan abonentlər öz cinsini və doğum tarixini qəbul olunmuş qaydada (məsələn, k, 25.01.1985) 7777 qısa nömrəyə göndərdikləri təqdirdə, əlavə 77 kontur qazanacaqlar.

Pulsuz SMS və MMS-lər yalnız 2,8 mln. Nəfər abunəçisi olan "Azercell Telekom" BM-in şəbəkəsinə aid edilən nömrələr arasında mübadilə edilən SMS və MMS-lərə tətbiq ediləcək.

Xəbər lenti

Xəbər lenti