...

Nar Mobile yeni rouminq müqavilələri bağlayıb

Telekommunikasiya Materials 16 Noyabr 2007 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın mobil rabitə operatoru Azerfon BM (Nar Mobile ticarət nişanlı) Rusiya, İran və İsrail ilə birbaşa rouminq xidməti üzrə yeni müqavilələr bağlayıb. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, Nar Mobile şəbəkəsinin Rusiyada rouminq tərəfdaşı "Megafon/RUSNW" şirkəti, İranda "Taliya/IRNRI" və İsraildə "Cellcom/ISRCL" şirkətləridir.

"Nar Mobile"ın rouminq əhatə dairəsinə 217-dən çox ölkə və 430 mobil operator daxildir.

Mətbuat xidmətindən bildiriblər ki, 100 mindən çox abunəçisi olan Azerfon BM kommersiya fəaliyyətin başlayandan bəri (20 Mart, 2007-ci il) Azərbaycan mobil rabitə bazarında ilk dəfə olaraq bütün abunəçilərinə beynəlxalq rouminq xidmətini təklif edir. Rouminq xidməti birbaşa abunəçinin hesabından ödənilir və qabaqcadan heç bir depozit məbləğin yatırılması tələb olunmur.

Xəbər lenti

Xəbər lenti