...

Türkiyənin milli teleşirkəti – TRT Azərbaycan ərazisndə proqramlarını yayımlamaq imkanı qazanıb

Telekommunikasiya Materials 24 Yanvar 2008 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar / Trend , müxbir S.Babayeva / Cümə axşamı Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov, razılaşmanın imzalama mərasimində, Türkiyənin milli teleşirkəti - TRT (Turkiye Radyo Televizyon Kurumu) 10 il ərzində Azərbaycan ərazisində proqramlarını yayımlamaq imkanı əldə etdiyini bildirib.

Razılaşmaya əsasən, Türkiyə kanalı Azərbaycanın bütün ərazisində yayımlanmaq hüququ qazanıb və yayımın texniki təchizatını öz üzərinə götürüb.

Sənədi Milli Teleradio Yayım Şurasının sədri Nuşirəvan Məhərrəmli, Azərbaycanın Rabitə nazirinin müavini İltimas Məmmədov və Türkiyə İş Birliyi və İnkişafı İdarəsinin (TIKA) başçısı Musa Kulaklıkaya imzalayıblar.

Bundan əvvəl oxşar sənəd 1995-ci ildə imzalanıb.

"Bu razılaşma Azərbayan və Türkiyə mədəni irsinin daha da yaxınlaşmasına, qarşılıqlı əlaqələrin və dostluğun inkişafına səbəb olacaq", - TİKA başcısı deyib.

TRT - Türkiyənin milli teleşirkəti, 1964-cü ildə təsis edilib. Həm Türkiyədə, həm də Türkiyə hüdudlarından kənarda yayımlanır. Türkiyədə yayımlanan kanalları bunlarıdır: TRT1 - filmlər, teleseriallar; TRT2 - xəbərlər, kino, sənədləşdirmə; TRT3 - idman, TRT4 - təhsil, klassik türk musiqisi; TRT GAP - cənub-şərqi Anadoluda yayımlanır.

Ölkə hüduddarından kənarda yayımlanan telekanalları: TRT İnt (TRT International) -türk və ingilis dillərində yayımlanan beynəlxalq kanal, TRT Turk - türkdilli ölkələrdə yayımlanan beynəlxalq kanal.

TRT-nin tərkibində radiostansiyalar fəaliyyət göstərir - "Radyo 1", "Radyo 2", "Radyo 3", "Radyo 4", "TRT FM", "TSR - Turkiyenin Sesli Radyosu" və "Turizm Radyosu".

Xəbər lenti

Xəbər lenti