...

"Azercell Telecom"da Azərbaycanın dövlət payı 180 mln. dollara satılıb

Telekommunikasiya Materials 11 Fevral 2008 16:26 (UTC +04:00)
"Azercell Telecom"da Azərbaycanın dövlət payı 180 mln. dollara satılıb

Azərbaycan, Bakı, 11 fevral / Trend / Bakıda bazar ertəsi ölkənin iri mobil rabitə operatloru olan "Azercell Telecom" İB-da Azərbaycanın dövlət payının satılmasına dair müqavilə imzalanıb.

Dövlət Əmlakın İdarə Edilməsi üzrə Komitənin məlumatında bildirilir ki, dövlətin 180 mln. dollar dəyərində 35,7-faizlik iştirak payı Türkiyənin "Azertell Telekommunikasyon Yatirim Dis Ticaret A.S." şirkətinin həmtəsisçisinə satılıb.

"Azercell" 1996-cı il yanvarın 19-da təsis olunub. İlk təsisçi qismində "Turkcell İletisim Hizmetleri A.S." və Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi çıxış edib. Şirkət fəaliyyətə 1996-cı il dekabrın 15-də başlayıb. Hazırda şirkət abunəçilərinin sayı 2,8 mln. nəfəri ötür. "Azercell Telecom"un baş direktoru Halim Ateşdir.

Şirkətin bütün fəaliyyəti dövründə onun yatırdığı investisiyalar 600 mln. dollara çatıb. Azərbaycanın iri vergi ödəyicilərindən biri olan "Azercell" fəaliyyətinin bütün dövrü ərzində dövlət büdcəsi və digər dövlət fondlarına təxminən 400 mln. dollar ödəniş aparıb.

Azərbaycanda rabitə obyektlərinin özəlləşdirilməsi üzrə konsultant "Ernst and Young"dır.

Xəbər lenti

Xəbər lenti