...

Bakıda televiziya jurnalistləri üçün beynəlxalq treninq keçiriləcək

Telekommunikasiya Materials 26 Fevral 2008 19:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral / Azərbaycanın mobil rabitə operatoru - Azercell Telecom martda, Azərbaycanda ilk dəfə olaraq Azərbaycan, Moldova, Gürcüstan, Qazaxıstan və Özbəkistan televiziya jurnalistləri üçün beynəlxalq treninq təşkil edir.

Reuters TV-nin jurnalistləri televiziya xəbərlərinin hazırlanması, xəbərləri araşdırma, televiziya üçün yazma, kameradan effektiv istifadə, redaktə və digər önəmli yaradıcı proseslər barədə danışacaqlar. Treninqdə mühazirələrlə yanaşı, praktik çalışmalar və video nümunələr də olacaq ki, bu da təlimlərin effektivliyini artıracaq.

Treninqi Reuters Televiziyasının MDB üzrə baş prodüseri Nino İvanişvili və Reuters Agentliyinin Bolqarıstanda baş müxbiri işləmiş Anatoli Verbin keçirəcəklər.

"Fintur Holdings" Şirkətlər Qrupunun dəstəyi ilə təşkil olunacaq beynəlxalq treninqi müvəffəqiyyətlə bitirən iştirakçılara "Azercell" və Reutersin sertifikatları təqdim olunacaq.

Beynəlxalq treninqdə iştirak etmək istəyənlər üçün tələblər:

* Telejurnalistika sahəsində ən azı iki il praktik təcrübəsi olmalı;

* Hazırda televiziya şirkətlərindən birində işləməli;

* Rus dilində sərbəst danışmaq və yazmaq bacarığı olmalı;

* Telejurnalistika sahəsində karyerasını davam etdirmək niyyətində olmalı;

* Nəhayət, kursun keçiriləcəyi tarixdə Bakıda olmalıdır.

Xəbər lenti

Xəbər lenti