...

"Azerfon" Azərbaycan gənclərinə gələcək karyeralarını qurmaqda yardım göstərir

Telekommunikasiya Materials 7 Mart 2008 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 mart / Trend / Azərbaycanın Mobil rabitə operatoru "Azerfon" BM (Nar Mobile ticarət nişanlı) Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə birgə "Karyeraya doğru irəli!" gənclər ücün təhsil proqramı çərçivəsində, növbəti seminarlar keçirib. Şirkətdən verilən məlumata görə, fevralın 29-da və martın 1-də "Karyeraya doğru irəli!" proqramı çərçivəsində, doqquz ali məktəbin 3-cü və 4-cü kurs tələbə və magistrlərı üçün keçirilən treninq-seminarları "Karyeranın planlaşdırılması" mövzusuna həsr olunub. İyirmi tələbənin iştirak etdiyi tədbirlər ADİU-nın binasında yerləşən "Nar Mobile karyera inkişafı Mərkəzi"ndə keçirilib.

Treninqin əsas məqsədi karyeralarının planlaşdırmasında gənclərə bilik və bacarıqlarını düzgün istiqamətləndirməkdə yardım etməkdir. Gələcəkdə peşəkar sahədə nailiyyətlərin əldə olunması ücün proqrama peşə seçimində müxtəlif prioritet formaları da daxildir. Bu, gənclər ücün təhsil proqramı çərçivəsində keçirilən artıq ikinci seminar idi. 2008-ci il ərzində hər ay müxtəlif mövzulara həsr olunan seminarların keçirilməsi nəzərdə tutulub.

Azərbaycan gənclərinin təhsil inkişafı uğrunda hazırlanan proqram Nar Mobile korporativ sosial strategiyası çərçivəsindədir. Layihənin müəllifləri və təşkilatçıları Azerfon BM-ə və Azərbaycan Dövlət İqtisad Universitetidir. Layihənin strateji tərəfdaşları Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir. Layihənin icraçısı kimi "Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyi" çıxış edib.

"Azerfon" BM kommersiya fəaliyyətinə 2007-ci il martın 21-dən başlayıb. GSM operatorunun abunəçilərinin sayı 300 min nəfərdən çoxdur.

Xəbər lenti

Xəbər lenti