Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir S.Babayeva / Naxçıvan Muxtar Respublikasında yanvar ayında rabitə sahəsində 1,3 mln. manatlıq xidmət göstərilib ki, bu da 2007-ci ilin analoji dövrü ilə müqayisədə, 29 faiz çoxdur. Çərşənbə axşamı Muxtar Respublikanın Bakıdakı daimi nümayəndəliyindən xəbər verilidiyi kimi, xidmətlərin 78 faizi yaxud 1,05 mln. manatı özəl şirkətlərin payına düşür.
Naxçıvanda təkcə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin göstərdiyi xidmətlərin dəyəri 297,6 min manat təşkil edib ki, bu da 2008-ci ilin yanvar ayına olan nəticələrindən 40,8 faiz çoxdur.
NMR - də hər 100 ailəyə 55 telefon, hər üç nəfərə bir mobil telefon düşür. Muxtar Respublikada üç mobil GSM operatoru və 110 min telefon aparatı fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikası Azərbaycanın qərb hissəsində yerləşir. Şimal və şərqdən Ermənistan, qərbdən və cənubdan Türkiyə və İran ilə sərhəddir. NMR -nın ümumi sahəsi 5,5 min km2, əhalisinin sayı 360 min nəfərdir. Muxtar Respublikanın paytaxtı Naxçıvan şəhəridir.