...

"Azercell" mobil rabitə operatoru abunəçilərinin sayı 3 milyonu keçib – şirkət prezidenti

Telekommunikasiya Materials 13 Mart 2008 15:29 (UTC +04:00)
"Azercell" mobil rabitə operatoru abunəçilərinin sayı 3 milyonu keçib – şirkət prezidenti

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir S.Babayeva/ Azərbaycanın mobil rabitə operatoru olan "Azercell Telecom" abunəçilərinin sayı 3,1 mln. nəfəri üstələyir. Bu barədə cümə axşamı şirkət prezidenti Halim Ateş bildirib.

"Biz əldə olunanlarla kifayətlənmək niyyətində deyilik. Bizim məqsədimiz daima irəliyə can atmaq və gələcəkdə abunəçilərə qabaqcıl texnologiyalar təqdim etməkdən ibarətdir. Buna görə biz əminik ki, bizə inanların sayı daima artacaq" - deyə o bildirib.

2006-cı ildə "Azercell" abunəçilərinin sayı 2 mln-a çatıb, ötən ilin sonunda isə onların sayı 3 mln-a qədər artıb.

Bu gün "Azercell Telecom" üç milyonuncu abunəçisi olan Rafael Qurbanova Toyota RAV4 markalı avtomobil təqdim edib.

"Azercell Telecom" Azərbaycanda GSM standartlı iri mobil rabitə operatorudur.

Xəbər lenti

Xəbər lenti