...

Azərbaycanda telefon danışıqları üzrə beynəlxalq daxili trafiklərin həcmi artıb

Telekommunikasiya Materials 14 Aprel 2008 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir S.Babayeva/ Cari ilin birinci rübündə Azərbaycanda telefon danışıqları üzrə beynəlxalq daxili trafiklərin həcmi 2007-ci ilin analoji dövr göstəricisi ilə müqayisədə 28,72 mln. dəqiqə artaraq 111,2 mln. dəqiqə təşkil edib. Bu barədə ölkənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aparatının rəhbəri Vidadi Zeynalov məlumat verib.

Onun sözlərinə görə, birinci rübdə xaric olan trafiklərin həcmi 6,59 mln. dəqiqə artaraq 32,12 mln. dəqiqəyə çatıb.

Tarif Şurasının qərarına əsasən, 2007-ci il yanvarın 1-dən Azərbaycandan MDB və Baltikyanı ölkələrlə aparılan telefon dpanışıqlarının dəqiqəsi 0,45 manatdan 0,36 manata; İran, Türkiyə, Pakistan ilə 0,54 manatdan 0,45 manata; Avropa ölkələri ilə 0,72 manatdan 0,54 manata; ABŞ və digər ölkələrlə isə 0,9 manatdan 0,54 manata qədər aşağı salınıb.

Xəbər lenti

Xəbər lenti