...

Oracle şirkəti MDB ölkələrində tərəfdaşlarının öyrədilməsi infrastrukturunu genişləndirir

Telekommunikasiya Materials 2 Oktyabr 2008 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 oktyabr/ Trend , müxbir S.Babayeva/ Oracle şirkətinin MDB nümayəndəliyi - dünyada ən iri korporativ proqram təminatı istehsalçısı Birlik ölkələrindəki tərəfdaşlarının öyrədilməsi infrastrukturunun inkişaf etdirilməsi üzrə planları  ilə bağlı elan verib və 2008 -2009 - cu tədris ilində İT - mütəxəssislərin ixtisasının artırılması üçün müxtəlif imkanları təqdim edib.

Şirkətin verdiyi məlumata əsasən, MDB bazarının artan tələblərinə maksimum həddə cavab vermək və müştərilərin sorğularına operativ şəkildə reaksiya göstərmək məqsədilə müxtəlif kateqoriyaları təmsil edən tərəfdaşlar üçün dəstək mərkəzlərinin açılması tərəfdaş ekspertizasını genişləndirməyə imkan verəcək. Yeni Oracle Partner Academy və Oracle ISV Migration Center tədris təşəbbüsləri sayəsində, Korporasiya tərəfdaşların tədris proqramlarını ildə bir neçə min insan-gün artırmağı planlaşdırır.

Bu gün Oracle Partner Network MDB - nin 800 - dən çox təşkilatını özündə birləşdirir. 2008 - ci maliyyə ilinin nəticələrinə görə, Korporasiyanın MDB - də mövcud olan tərəfdaşlarının sayı 40%-dan çox artıb.

Son üç il ərzində Oracle şirkətinin tərəfdaşlar şəbəkəsi üç dəfə, Oracle biznes-proqramları üzrə tərəfdaş təcrübəsi isə yeddi il ərzində 30 dəfə artıb.

Bu gün Oracle şirkətinin MDB üzrə tərəfdaşları 7 növ tədris ala bilərlər: Oracle Universitetində kurslar və treklər, onlayn tədris, məhsul və sahə üzrə konfranslar, texnoloji seminarlar, partner Technologies Services, Oracle ISV Migration Center-də maarifləndirici treninqlər və layihələr, Oracle Partner Academy-də kurslar

Kursların bütün tərəfdaşlar üçün əlçatan olması məqsədilə, tədris qiyməti bazarın xüsusiyyətlərinin nəzərə alınması ilə təyin edilib. Qeydiyyat üçün Korporasiyanın tərəfdaşı Oracle MDB - yə sorğu göndərməlidir. Bütün MDB ölkələri Oracle Partner Academy xidmətlərindən bəhrələnə biləcəyi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti