...

Azərbaycanda ilk dəfə olaraq HOTNET simsiz İnternet xidməti GoldenPay onlayn ödəmə sistemi ilə birgə HOTNET xidmətlərinin onlayn rejimdə ödənilməsini tətbiq edib

Telekommunikasiya Materials 18 Mart 2009 15:10 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq HOTNET simsiz İnternet xidməti GoldenPay onlayn ödəmə sistemi ilə birgə HOTNET xidmətlərinin onlayn rejimdə ödənilməsini tətbiq edib

Azərbaycan, Bakı, 18 mart / Trend /

Azərbaycanda ilk dəfə olaraq 17 mart 2009-il tarixində HOTNET simsiz İnternet xidməti Azərbaycanda ilk onlayn ödəmə sistemini tətbiq edən GoldenPay şirkəti ilə birgə, HOTNET-in simsiz İnternet xidmətlərinin İntrenetdə bank kartları vasitəsi ilə onlayn rejimdə ödənilməsi imkanını yaradıb.

HOTNET xidmətinin hər bir müştərisi günün istənilən vaxtında xidmətin rəsmi İnternet səhifəsində (www.hotnet.az) "Visa/ Visa Eleсtron" və ya "Mastercard/Maestro" kartları vasitəsi ilə balansını artıra bilər.

Xatırladaq ki, "GoldenPay" sisteminin 2008-ci ilin dekabr ayında "SilverKey Azərbaycan" şirkəti (www.silverkey.az) tərəfindən Azərbaycanın ilk internet ödəmə sistemi kimi təqdimatı olub. Bu sistem fəaliyyət göstərmək üçün "Visa" və "MasterCard" beynəlxalq ödəmə sistemləri tərəfindən lazımı tələblərə cavab verir. GoldenPay "Verified by Visa" və "Mastercard SecureCode" lisenziyalarına sahibdir. Təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi üçün GoldenPay sistemi "VeriSign SSL" şifrələnməsindən istifadə edir.

Daha ətraflı məlumat üçün www.goldenpay.az/ saytına müraciət edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti