...

Azərbaycan Özbəkistanla MTF/STEFI üzrə pul köçürmələrini yaya qədər tətbiq edəcək

Telekommunikasiya Materials 20 Aprel 2009 18:44 (UTC +04:00)

Azərbaydcan, Bakı, 20 aprel / Trend , müxbir S.Babayeva /

Azərbaycan Özbəkistanla MTF/STEFI üzrə pul köçürmələri xidmətini yaya qədər tətbiq etməyi planlaşdırır. Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) bildiriblər.

"Özbəkistanın poçt administrasiyası ilə bu barədə razılıq bir neçə il əvvəl əldə edilib. Lakin test pul əməliyyatları bu ildən başlayıb və hazırda davam edir", - nazirlikdən bildiriblər.

İki ölkə arasında sistemin tətbiq edilməsinin tezləşdirilməsi Daşkənddə rabitə və poçt əlaqəsi sahəsində Regional Birlik Komissiyasının iclasları çərçivəsində müzakirə edilib.

STEFİ (Secured Transfer of Electronic Financial Information) Dünya Poçt İttifaqının pul köçürmə sistemidir.

RİTN-dən bildiriblər ki, Özbəkistanla MTF/STEFI sistemi üzrə pul köçürülmələrinin tətbiqinin ləngiməsi texniki problemlərlə bağlıdır və yaxın vaxtlarda həllini tapacaq.

Azərbaycanın Azərpoçt dövlət müəssisəsi MTF/STEFI sistemi üzrə Rusiya, Moldova, Belarus, Ukrayna, Qazaxıstan və Biləşmiş Ərəb Əmirlikləri ilə pul köçürmə əməliyyatı aparır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti