...

Azərbaycanda İT məhsullarının istehsalı artıb

Telekommunikasiya Materials 23 Aprel 2009 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 mart / Trend , müxbir S.Babayeva /­

Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycanda İT məhsullarının istehsal həcmi və İT xidmətlərinin göstərilməsi 3,9 faiz artaraq 208,5 milyon manat təşkil edib. Məlumatı Azərbaycan Dövlət Statistika Komitəsi yayıb.

Ötürücü cihazların istehsalı 31,1 faiz, qəbuledici, səs təsbit edən və təsviretmə cihazlarının istehsalı 3,7 dəfə, kompüter satışı, periferiya və proqram təminatı 20,4 faiz, elektrik-məişət və radio-televiziya aparatlarının istehsalı 2,1 dəfə, elektrik rabitə sahəsində isə 4,95 dəfə artım olub. 

İKT işçilərinin orta aylıq əmək haqları 14,9 faiz artaraq 423,3 manat təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti