Azərbaycan, Bakı, 2 iyul/ Trend , müxbir Q.Vəliyev/
Azərbaycanda elektron rəqəmsal imzanın (ERİ) tətbiqi layihəsi üzrə işlər noyabrın sonunda tamamlanacaq. Bu barədə çərşənbə axşamı Trend -a Azərbaycan İnternet Cəmiyyətinin nümayəndəsi, Azərin BM-nin başçısı Qalib Qurbanov bildirib.
Qurbanovun sözlərinə əsasən üç mərkəzin yaradılması planlaşdırılır. Onlardan ikisi dövlət və özəl sektora xidmət göstərək, biri isə əsas mərkəz olacaq.
"Azərin BM Ultra və Microsoft ilə yanaşı "Elektron Azərbaycan" Dövlət proqramının əsasını təşkil edən elektron rəqəmsal imzanın yaradılması üzrə konsorsiuma daxildir", - deyə Qurbanov bildirib.
Hazırda lazımı avadanlıqların quraşdırılması işləri tamamlanır, artıq proqramın müvafiq işləri başa çatdırılır.
Konsorsium ERİ-nin tətbiqi üçün milli infrastrukturun yaradılması üzrə 2008-ci ilin sentyabr ayında elan olunan tenderin qalibidir.
Sistemin istismara verilməsindən sonra hər bir vətəndaşa smart-kartlar və onların hesablanması üçün qurğular veriləcək. Layihənin uğurla həyata keçməsi komunal ödənişlər, onlayn alış-veriş və s. həyata keçirməyə şərait yaradacaq.
Məqalə müəllifi ilə əlqaə ünvanı: [email protected]