...

Azərbaycanın dövlər rabitə operatorları şəbəkəsində elektron ATS-lərin xüsusi çəkisi 81 faiz təşkil edir

Telekommunikasiya Materials 9 İyul 2009 18:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir H.Vəliyev /

"Aztelekom" İstehsalat Birliyi (İB) dövlər rabitə operatorunun telefon şəbəkəsinin rəqəmləşdirilməsi 81 faiz təşkil edir. Bu barədə cümə axşamı Trend -a İB-nin mətbuat xidmətinin rəhbəri Vidadi İsmayılov məlumat verib.

Onun sözlərinə görə, rəqəmsal texnologiyaların tətbiq edilməsi "Aztelekom"un əsas vəzifələrindən biridir. Bugünün reallığı budur ki, belə texnologiyalar olmadan əlavə xidmət göstərmək, rabitənin keyfiyyətini və məlumatların ötürülməsini yaxşılaşdırmaq mümkün deyil. İsmayılov deyib ki, bu gün "Aztelekom" analoq ATS-lərin rəqəmlilərlə dəyişdirilməsi ilə yanaşı, NGN (Next Generation Network) əsasında həll tətbiq edir ki, bu da yalnız rabitənin keyfiyyətinə zəmanət vermir, həm də əlavə xidmətlərin çeşidini artırır. Bu gün rəqəmsal ATS-lərin abonentləri SMS göndərə, zəngləri yönləndirə və saxlaya, konfrans-əlaqə və s. təşkil edə bilərlər.    

Bununla yanaşı, "Aztelekom" İB CDMA simsiz stasionar şəbəkənin inkişafı istiqamətində bir sıra işlər həyata keçirir. İsmayılovun sözlərinə görə, "Aztelekom"un simsiz rabitə şəbəkəsi Azərbaycanın 60 faizdən çox yaşayış məntəqəsini əhatə edir və CDMA şəbəkəsi abunəçilərinin sayı 15 minə çatıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti