Azərbaycan, Bakı, 13 iyul / Trend , müxbir Q.Vəliyev /
"Azercell Telekom" MMC göstərilən xidmətlərin təkmilləşdirilməsi üzrə profilaktik işlər həyata keçirir. Aparılan işlər ilə əlaqədar olaraq iyulun 14-də gecə saatlarında bir sıra xidmətlərin istifadəsi zamanı problemlərin yaranması mümkündür.
"Azercell Telecom" MMC ölkənin ən böyük GSM operatorudur və 3,5 milyon abunəçiyə xidmət göstərir.