...

Azərbaycanda İT məhsullarının istehsalı artıb

Telekommunikasiya Materials 15 İyul 2009 19:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul / Trend , müxbir H.Vəliyev /

Yanvar-iyun aylarında Azərbaycanda İT məhsullarının istehsalının və İT xidmətinin göstərilməsinin həcmi 487,1 milyon manat təşkil edib ki, bu da ötənilki göstəricidən 10,2 faiz çoxdur. Bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsi məlumat verib.    

Ötürücü cihazlar üzrə istehsal artımı 28,7, səs və şəkil yazılmasını qəbul etmək üzün cihazlar üzrə 96,1 dəfə, proqram təminatı - 2,3 faiz, məlumatların işlənməsi üzrə 88,5 faiz, kompüter satışı, periferiyalar, proqram təminatı üzrə 44,7 faiz, məişətdə işlənən elektrik cihazları və radioteleviziya aparatları üzrə 83,3 faiz, elektrik rabitəsində 12,1 faiz təşkil edib.      

Yanvar-apreldə İKT işçilərinin orta aylıq əmək haqqı 15,4 faiz artaraq 505,8 manat təşkil edib. İşçilərin 72,9 faizi telekommunikasiya sektorunun hissəsinə daxildir. Son il ərzində işçilərin sayı 6,4 faiz artaraq 20,8 min nəfər təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti