...

"Azercell Telekom" "Azerfon" operatoru ilə əlaqəni borca görə ləğv edir

Telekommunikasiya Materials 21 İyul 2009 19:01 (UTC +04:00)
İyulun 22-dən (Bakı vaxtı ilə 00:00-dan) Azərbaycanın iki mobil rabitə opreatoru - "Azercell Telekom" MMC və "Azerfon" MMC (Nar Mobile) arasında birləşdirici kanallar bağlanacaq.
"Azercell Telekom" "Azerfon" operatoru ilə əlaqəni borca görə ləğv edir

Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir A. Bədəlova/

İyulun 22-dən (Bakı vaxtı ilə 00:00-dan) Azərbaycanın iki mobil rabitə opreatoru - "Azercell Telekom" MMC və "Azerfon" MMC (Nar Mobile) arasında birləşdirici kanallar bağlanacaq. Bu barədə çərşənbə axşamı "Azercell" rəhbəri Əli Ağan məlumat verib.

Kanal 28 fevral 2007-ci ildən imzalanmış müqavilə çərçivəsində aylıq ödəmə şərtlərinin müntəzəm pozulması ilə əlaqədar olaraq Azerfon tərəfindən 11 milyon manat həcmində borc yığılması səbəbi ilə bağlanılacaq. Borc 2008-ci ilin iyulundan bu günə qədər yığılıb.

"Azercell"-in daimi müraciətlərinə baxmayaraq, "Azerfon" bu istiqamətdə heç bir addım atmayıb", - məlumatda deyilir.

"Hər iki operatorun abunəçilərinin bir-biri ilə mobil rabitə əlaqələri yaratmasında ortaya çıxacaq maneələrə görə "Azerfon" məsuliyyət daşıyacaq", - Azercell-in məlumatında deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti