...

Gürcüstan poçtu ləğv edilir

Telekommunikasiya Materials 29 İyul 2009 14:21 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 iyul / Trend , müxbir N.Kirtsxaliya /

"Gürcüstan Poçtu" şirkəti ləğv edilir. Hazırda onun funksiya göstərməsini dövlət zərərli hesab edir və xidmətin aradan qaldırılmasını planlaşdırır. İqtisadi İnkişaf Nazirliyi poçtun ləğv edilməsi və yeni strukturun formalaşdırılması üzərində işləyir.

İdarədə hesb olunur ki, bütün ölkələrdə poçt xidməti böyük əhəmiyyət kəsb edir, Gürcüstanda isə bu xidmət minimal tələbləri belə təmin etmir.

"Hazırkı mərhələdə yeni qanun hazırlanır. Ona müvafiq olaraq Gürcüstanın bütün ərazisində milli operator xidmət göstərəcək. Digər təşkilatlar ilə müqayisədə bu təşkilata imtiyazlar veriləcək", - deyə İqtisadi İnkişaf Nazirliyinin Rabitə Departamentinin başçısı Qiorqi Axalaya bildirib.

Onun sözlərinə əsasən, hazırda ölkədə poçt fəaliyyəti nizamlanmır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti