...

ABB Moskva CRM SalesLogix sistemini tətbiq edir

Telekommunikasiya Materials 7 Sentyabr 2009 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 sentyabr / Trend , müxbir H.Vəliyev /

Azərbaycan Beynəlxalq Bankı (ABB) Moskva ASC və FB Konsalt MMC bankın filialllarının birində CRM SalesLogix sisteminin pilot tətbiqi barədə müqavilə imzalayıb. Bu barədə bankın məlumatında deyilir.

"FB Konsalt"ın CRM SalesLogix sisteminin tətbiqi ABB-yə strategiyanın həyata keçirilməsində, yeni texnologiyaların tətbiqi ilə yaradılmış məhsul və xidmətlərinin tam kompleksinin müştərilərə təqdim edilməsində, həmçinin bankla qarşılıqlı əlaqələrin qurulması zamanı müştərilər üçün maksimum rahat şəraitin yaradılmasında kömək edəcək.

Layihənin əsas məqsədi bankda mövcud olan biznes-proseslərin optimallaşdırılması və müştərilərlə qarşılıqlı əlaqədə olan bank əməkdaşlarının işinin effektivliyinin artırılmasıdır.

Layihənin birinci mərhələsinə mövcud və potensial müştərilər haqqında vahid məlumat bazasının yaradılması, satış proseslərinin reqlamentləşdirilməsi, sazişlərin aparılması və məhsulların uçotu sisteminin təşkili, müştərilərlə işin gəlirliyini proqnozlaşdırmağa və müştəri bölmələrinin menecerlərinin işinə obyektiv qiymət verməyə imkan yaradan analitik komponentlərin tətbiqi daxildir. Layihə çərçivəsində bankın müxtəlif bölmələrindən və onun avtomatlaşdırılmış bank sistemindən CRM-sistemə daxil olan məlumatların inteqrasiyası üzrə işlər aparılacaq.

CRM SalesLogix-də iş potensial və mövcud müştərilərlə qarşılıqlı əlaqənin müasir vasitələrindən istifadə etməyə imkan verəcək, müştərilərin identifikasiyasını və seqmentasiyasını asanlaşdıracaq, "əks əlaqə" sistemini təşkil etməyə kömək edəcək, marketinq proqramlarının effektivliyini təhlil və onların həyata keçirilməsi planlarını vaxtında təshih etməyə şərait yaracadaq. CRM-sistemin hesabat və proqnozlaşdırma alətlərindən istifadə etməklə, bank filialının əməkdaşları öz işlərini daha effektiv planlaşdıra və müştərilərin sorğularına maksimal operativ cavab verə biləcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti