...

Microsoft Azərbaycanda Microsoft IT Academy proqramının realizəsinə başlayacaq

Telekommunikasiya Materials 14 Sentyabr 2009 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 sentyabr / Trend , müxbir H.Vəliyev /

Microsoft nümayəndəliyi Azərbaycanda Microsoft IT Academy proqramının realizəsinə başlayacaq. Bu barədə Trend -a Microsoft Azerbaijan nümayəndəliyinin rəhbəri Teymur Axundov deyib.

Axundovun sözlərinə görə, Təhsil Nazirliyi ilə birgə həyata keçiriləcək proqram ali təhsil müəssisələri və orta məktəblər üçün hazırlanıb və təhsil alanların Microsoft sertifikatlaşdırılmış imtahanlarının verilməsinə hazırlanmasını nəzərdə tutur. Təhsilin sonunda hər bir tələbəyə sertifikatlaşdırılmış imtahanlardan keçməsi və dünya səviyyəli sertifikatların alınması üçün diplom verilir.

Microsoft IT Academy proqramının başlanğıc mərhələdə Zərifə Əliyeva adına məktəbdə, 7 saylı məktəbdə, Avropa liseyində, eləcə də Azərbaycan Texniki Universitetində və Bakı Dövlət Universitetində həyata keçirilməsi planlaşdırılır.

Microsoft IT Academy proqramı çərçivəsində təhsil müəssisələri üçün iştirakın iki səviyyəsi təklif olunur - Microsoft Office Specialist və IT Professional. IT Professional səviyyəsində stolüstü və daşınabilən personal kompüterlərə texniki dəstək, kompüter sisteminin inzibatçılığı, şəbəkələr və məlumatlar bazası, müxtəlif mühitlərdə əlavələr və məlumatlar bazasının hazırlanması kimi ixtisaslar üzrə mütəxəssislərin ilik peşəkar hazırlığı təklif olunur. Microsoft Office Specialist səviyyəsi orta məktəblər üçün nəzərdə tutulub. Bu səviyyədə kurslar çərçivəsində Microsoft Office-in istifadəçi əlavələrinin öyrənilməsi ilə yanaşı, biznes-sənədlərin (CV, anketlər, bəyanatlar və s.) düzəldilməsi sahəsində də təlim keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti