...

"Bakı Telefon Qovşağı" İB paytaxtın bir neçə ATS-nin elektronlaşdırılmasına başlayıb

Telekommunikasiya Materials 5 Oktyabr 2009 11:11 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend Capital-a verilən məlumata görə, "Bakı Telefon Qovşağı" İB Bakı şəhəri ATS-lərinin elektronlaşdırılması məqsədilə telekommunikasiya avadanlıqlarının gətirilməsi üçün ZTE şirkəti ilə müqavilə bağlayıb.
"Bakı Telefon Qovşağı" İB paytaxtın bir neçə ATS-nin elektronlaşdırılmasına başlayıb

Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend -a verilən məlumata görə, "Bakı Telefon Qovşağı" İB Bakı şəhəri ATS-lərinin elektronlaşdırılması məqsədilə telekommunikasiya avadanlıqlarının gətirilməsi üçün ZTE şirkəti ilə müqavilə bağlayıb.

Müəssisədən verilən məlumata görə, artıq bu gündən avadanlığın gətirilməsinə başlanılıb. Bu avadanlıqlar 474/475/476 saylı ATS-lərdə quraşdırılacaq. Quraşdırma işləri BTQ və ZTE şirkətinin mütəxəssisləri ilə birlikdə aparılacaq. Yeni stansiyalar NGN bazasında quraşdırılır.

ATS-lərin elektronlaşdırılması rabitə xidmətinin keyfiyyətini yaxşilaşdırmaqla yanaşı, stasionar rabitə abunəçilərinin sayının 42 min nəfərə, ADSL2+ istifadəçilərinin sayının isə 7000 nəfərə çatdırılmasına imkan yaradacaq. Bu günə BTQ-nin ADSL şəbəkəsinin montaj həcmi 15500 portdur. İlin sonunadək montaj həcmi 45 min portadək artırılacaq.

RİTN-nin məlumatına görə, BTQ-də ATS-lərin 87 faizi elektronlaşdırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti