...

Azərbaycan bazarında interaktiv hərraca qoşulmaq üçün skretç-kartlar meydana çıxıb

Telekommunikasiya Materials 24 Oktyabr 2009 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr / Trend , müxbir H.Vəliyev/

Azərbaycanın QRM Management şirkəti interaktiv hərraca qoşulmaq üçün bazara Sinta skretç-kartlarını (SNT) çıxarıb. Bu barədə şirkətin məlumatında deyilir.

SNT skretç-kartları nağd pul və elektron pul kisələrini əvəz edir. Bu gün şirkət tərəfindən 5, 10, 20, 50 və 100 manatlıq skretç-kartlar təqdim olunub.

Skandinaviya internet-hərracının satışa çıxardığı mallar ucuz qiymətədir. Bütün mallar üzrə satışda başlanğıc qiymət bir manatdır. Hər bir klik pulludur. Hərrac iştirakçıları ilə layihə arasında münasibətlər "İctimai oferta müqaviləsi" ilə tənzimlənir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti