...

Poçt rabitəsinin milli operatoru regional şöbələr şəbəkəsini genişləndirir

Telekommunikasiya Materials 27 Oktyabr 2009 10:59 (UTC +04:00)
Azərpoçt MMC Quba, Qusar və İmişli rayonlarında yeni poçt şöbələrini istismara verməyi planlaşdırır, Azərpoçt-un məlumatında deyilir.
Poçt rabitəsinin milli operatoru regional şöbələr şəbəkəsini genişləndirir

Azərbaycan, Bakı, 24 oktyabr / Trend , müxbir H.Vəliyev/

Azərpoçt MMC Quba, Qusar və İmişli rayonlarında yeni poçt şöbələrini istismara verməyi planlaşdırır, Azərpoçt-un məlumatında deyilir.

Poçt şöbələri yeni korporativ üslubda tikilib, müştərilər üçün zəruri olan məlumat və müasir avadanlıqlarla təchiz edilib.

Poçt şöbələri müştərilərə ənənəvi poçt xidmətləri ilə yanaşı təcili pul köçürmələri xidməti də təklif edir. Əhalinin rahatlığı üçün şöbələrdə şəhərlərarası danışıq rabitəsi də təşkil edilib. Bu şöbələrdə internet şəbəkəsinə qoşulmaq imkanı da var.

Hazırda Azərpoçt-un 1600 dən artıq poçt şöbəsi var.

Respublikada telefon rabitəsinin yaradılmasının 125 illiyi ilə əlaqadar olaraq Azərbaycan prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il sərəncamına müvafiq olaraq, 2006-cı ildən 6 dekabrda rabitəçilərin peşə bayramı qeyd edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti