...

Bakıda ictimai yerlərdə foto köşklər quraşdırılacaq

Telekommunikasiya Materials 28 Oktyabr 2009 11:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir H.Vəliyev/

2010-cu ildən Bakı otellərində, mağazalarında və ticarət mərkəzlərində foto aqreqatlar qurşadırılacaq. Onların köməkliyi ilə istəyən şəxs şəklini çıxara bilər, bu barədə Trend -a KÜR kompyuter texnikası istehsalı zavodunun baş direktoru Rizvan Osmanov bildirib.

Osmanovun sözlərinə əsasən, hazırda paytaxtda bir studiya və stasionar foto köşk quraşdırılıb. Kompyuterlə yanaşı aparatlara sensor ekranlar və 10x15, 13x18 и 15x23 formatında şəkillərin çıxarılması üçün sublimasiya printerləri birləşdirilib. Foto köşkdə bir şəklin qiyməti 0,25-0,30 təşkil edir. Köşklər qəpik qəbulu qurğuları və çek termosublimasiya printerləri ilə təchiz olunub.

Foto köşkün proqram təchizatı şəkilləri redaktə etməyə və onları rəqəmsal daşıyıcılara (CD, DVD-disklərə, yaddaş kartları və USB) köçürməyə imkan verir.

Qurğuların qiyməti konfiqurasiyasından asılı olaraq beş min manat təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti