...

Bakıda Avropa Nüvə Tədqiqatı Mərkəzinin məlumatlarının işlənməsi üçün hesablama mərkəzi açılacaq

Telekommunikasiya Materials 29 Oktyabr 2009 12:54 (UTC +04:00)
Cümə axşamı Bakıda Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun Hesablama Mərkəzinin rəsmi açılış mərasimi olub. Mərkəz Avropa Nüvə Tədqiqatı Mərkəzilə (CERN) əlaqəli fəaliyyət göstərəcək.
Bakıda Avropa Nüvə Tədqiqatı Mərkəzinin məlumatlarının işlənməsi üçün hesablama mərkəzi açılacaq

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir Q.Vəliyev, M.Əliyev/

Cümə axşamı Bakıda Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun Hesablama Mərkəzinin rəsmi açılış mərasimi olub. Mərkəz Avropa Nüvə Tədqiqatı Mərkəzilə (CERN) əlaqəli fəaliyyət göstərəcək.

CERN - Avropa nüvə tədqiqatları təşkilatı dünyanın ən böyük fizika laboratoriyasıdır və hazırda onun ən əsas layihəsi Böyük Adron Kollayderidir.

Azərbaycanın rabitə və informasi texnologiyaları naziri Əli Abbasovun dediyinə görə, respublikanın bu layihədə iştirakı ölkə alimlərinin bu layihəyə cəlb olunan alimlərlə sıx əməkdaşlıq etməsinə, informasiya mübadiləsi aparmasına imkan yaradacaq. Layihəyə 100 min kompyuter cəlb olunacaq ki, bunların da 300-ü Azərbaycanda yerləşdiriləcək.

Layihə Böyük Adron Kollayderi işə salındıqdan sonra CERN-dən gələn informasiya axınının emalı üçün GRID seqmentinin cəlb olunmasını nəzərdə tutur.

İnformasiya emalında dünyanın 33 ölkəsinin 140 institutunda quraşdırılmış kompyuterlər iştirak edəcək. Sistem çox güclü bir kompyuter kimi real zaman rejimində işləyəcək. Bu məqsədlə bütün dünyada xüsusi hesablama mərkəzləri quraşdırılıb. Bu mərkəzlər konkret məsələləri həll edəcək və nəticələri CERN-in mərkəzinə göndərəcək.

Bu gün institutun Hesablama Mərkəzində CRİD şəbəkəsinə cəlb olunacaq 300 kompyuter quraşdırılıb. Kompyuterlər CERN tərəfindən təqdim olunub. İnstitutun Hesablama Mərkəzi buraxılış gücü 20 Mbit/s olan optik xəttə qoşulub. CRİD seqmentin cəlb olunması, instituta CERN-dən gələn informasiya axınının işlənməsilə yanaşı həmçinin, iştirakçı ölkələrin milli maraqlarında olan çətin məsələlərin həlli üçün istifadə etdikləri resurslardan da faydalana bilməsinə imkan yaradacaq. Məsələn, enerji resurslarının aşkara çıxarılması üçün geoloji tədqiqatların aparılmasında və s.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti