...

AMEA-nın Geologiya İnstitutu Neftçala rayonunda naviqasiya sistemi quraşdırıb

Telekommunikasiya Materials 11 Yanvar 2010 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir H.Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu Massaçusets Texniki İnstitutu (ABŞ) ilə birgə seysmik aktivliyin öyrənilməsi üçün Neftçala rayonunda naviqasiya stansiyası quraşdırıb. Bu barədə institutun məlumatında deyilir.

Stansiya son 3 il ərzində Azərbaycan ərazisində fəaliyyət göstərən sayca üçüncü stansiyadır. İlk iki stansiya Şəkidə yüerləşən regional elmi mərkəzdə və Bakıda institutun əsas binasında fəaliyyət göstərir. Stansiya Geologiya İnstitutunda GPS üzrə alınmış məlumatların internet şəbəkəsi ilə ötürülməsinə imkan verir.

İnstitutun geofizika sahəsindəki elmi-tədqiqatlara qoyduğu əsas vəsaitlər GPS texnologiyasının elmi-tədqiqatlarının hazırlanması və təcrübəyə tətbiq edilməsinə cəmlənib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti