...

Azərbaycanın Elmlər Akademiyası "Elektron elm" layihəsinin reallaşdırılması üçün analiz aparıb

Telekommunikasiya Materials 19 Yanvar 2010 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 yanvar / Trend , müxbir H.Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) "Elektron elm" (e-science) layihəsinin reallaşdırılması üçün konseptual, hüquqi və texnoloji analiz aparılıb. Bu barədə AMEA-nın məlumatında deyilir.

Bu gün İTİ tərəfindən informasiya texnologiyalarının elm sahəsində tətbiqini araşdırmaq məqsədilə monitoqinqlər başa çatdırılıb. Monitorinq qrupu hazırlanıb və bura təxminən 150 elmi təşkilat cəlb olunub.

İnstitut bununla bərabər gələcəkdə beynəlxalq elm şəbəkəsinə inteqrasiya edəcək ElmNet şəbəkəsinin yaradılmasına başlamağı planlaşdırır.

İTİ-nin əsas məqsədi elm sisteminin idarə edilməsinin təkmilləşdirilməsi və inkişafı üçün qabaqcıl informasiya-kommunikasiya texnologiyalarından istifadə etməkdir.

Elmlər Akademiyası 2009-2012-ci illər üçün nəzərdə tutulmuş, elektron təhsilin infrastruktur şəbəkəsi və material-texniki baza yaratmağı nəzərdə tutan fəaliyyət planının konseptual analizini hazırlayıb.

Xəbər lenti

Xəbər lenti