...

Softline və Azerfon Microsoft Enterprise Agreement müqaviləsini imzaladılar

Telekommunikasiya Materials 16 Aprel 2010 10:49 (UTC +04:00)
Azerfon MMC və Softline International Azerbaijan şirkəti Microsoft Enterprise Agreement müqaviləsini imzaladıqlarını haqqında bəyanat yayıblar. Sözügedən sənəd 250-dən çox kompüteri olan və Microsoft platformasını korporativ standart kimi seçməyə hazır olan təşkilatlar üçün nəzərdə tutulmuş korporativ lisenziyalaşdırma proqramıdır.
Softline və Azerfon Microsoft Enterprise Agreement müqaviləsini imzaladılar

Azerfon MMC və Softline International Azerbaijan şirkəti Microsoft Enterprise Agreement müqaviləsini imzaladıqlarını  haqqında bəyanat yayıblar. Sözügedən sənəd 250-dən çox kompüteri olan və Microsoft platformasını korporativ standart kimi seçməyə hazır olan təşkilatlar üçün nəzərdə tutulmuş korporativ lisenziyalaşdırma proqramıdır. 

Microsoft-un lisenziyalı məhsullarının istifadəsi haqda Softline ilə bağlanmış razılaşma Azerfon-a şirkətin biznes-prosesləri yerinə yetirmək üçün daha keyfiyyətli proqram təminatından istifadə etməkimkanı verir. Azerfon şirkəti keyfiyyətli rabitə xidmətləri təklif etmək məqsədilə müxtəlif müasir həlləri tətbiq edir və proqram təminatının lisenziyalaşdırma sahəsində lider olan Softline-nın dəstəyindən dəfələrlə faydalanmışdır.

Lisenziyalı məhsullardan istifadə etməyimiz Azerfon-un müasir biznes şəffaflığı prinsiplərinə uyğunluğumuzun və "business2business" formatlarında dünya standartlı tərəfdaşlıqlara istiqamətləndiyimizin sübutudur. Biz Microsoft-un lisenziyalı məhsullarını bu səviyyədə istifadə edən Azərbaycanın iri şirkətlərindən biriyik. Ümumdünya əqli mülkiyyət günü ərəfəsində bu razılaşma nəinki bizim üçün, hətta bütün Azərbaycan biznesi üçün xüsusi bir anlam daşıyır. Əminəm ki, qərarımız ölkənin digər şirkətləri üçün də proqram təminatının lisenziyalaşdırmasında bir nümunə olacaq", - deyə, Azerfon şirkətinin Baş Əməliyyat Direktoru Feliks Vass qeyd etmişdir. 

"Azerfon-un İT-rəhbərliyi lisenziyaların idarəedilməsi texnologiyasını tətbiq etməklə proqram təminatının alınması məsələsinə çox düzgün bir yanaşma nümayiş etdirdi. Əsas məsələ istifadə edilən proqram təminatının yalnız leqallaşdırılmasından deyil, onun vasitəsilə istehsal və biznes proseslərin optimallaşdırılmasından da ibarətdir. Microsoft Enterprise Agreement korporativ lisenziyalaşdırma proqramını ilk növbədə qeyri-lisenziyalı proqram təminatından istifadə riskini azaltmaq məqsədilə təklif etmişik, çünki Enterprise Agreement müqaviləsinin qüvvədə olduğu müddətdə müştəri öz təşkilatında olan bütün kompüterlərdə, o cümlədən müqavilənin imzalanmasından sonra alınan yeni kompüterlərdə lisenziyalı proqram təminatını istifadə etmək hüququnu əldə edir. Softline-nın mütəxəssisləri tərəfindən işlənib hazırlanan fərdi ödəmələr sistemi maliyyə yükünü azaltmağa imkan verəcək", - deyə, Softline şirkətinin Azerbaycandakı direktoru Alim Salahov qeyd edir.

Microsoft Enterprise Agreement çərçivəsində lisenziyalara görə ödəniş möhlətlə 3 il ərzində keçirilir ki, bu da illik büdcə yükünü azaltmağa imkan verir. Müqavilənin şərtlərinə görə müəssisə müqavilənin imzalanmasından sonra alınan bütün kompüterlərə razılaşmada qeyd olunmuş proqram məhsullarını yükləmək hüququna malikdir. Əlavə olunmuş lisenziyalar üçün ödəniş növbəti ödəmə zamanı həyata keçirilir. Seçilən lisenziyalaşdırma variantının mühüm üstünlüyü məhsulların yeni versiyalarını, yenilik və patçları istifadə etməyə imkan verən və bununla da müştərinin informasiya sisteminin təhlükəsizliyini və sistemin dünya tendensiyalarına uyğun şəkildə inkişafını təmin edən yeniliklərə abunə olmaq imkanının olmasından ibarətdir.

Azerfon şirkəti haqqında:

AZERFON MMC öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlamışdır. Nar ticarət nişanı Azərbaycanın zəngin mədəni irsinin müasir həyatla bağlılıq rəmzi kimi seçilmişdir.

AZERFON şəbəkəsi Azərbaycan Respublikasının 80% əhatə edir. Hal-hazırda AZERFON şəbəkəsindən 1 600 000-dən çox abunəçi istifadə edir. 2009-cu ildə Azerfon MMC və Vodafone şirkəti arasında qeyri-səhmdar tərəfdaşlıq müqaviləsi imzalanmışdır. 02.12.2009 tarixində AZERFON MMC ölkədə 3G texnologiyaları xidmətlərinin göstərilməsi üçün lisenziya almışdır. Azərbaycanın innovativ və dinamik şəkildə inkişaf edən mobil operatoru ölkədə ilk dəfə olaraq 3G xidmətini tətbiq etmiş və Azefon-Vodafone brendini elan etmişdir.

Xəbər lenti

Xəbər lenti