Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın mobil rabitə operatoru "Bakcell" şirkətinin ölkənin telekommunikasiya sektoruna investisiyalarının həcmi ilin sonunadək 100 milyon dollara yaxın təşkil edəcək. Bunu çərşənbə günü şirkətin baş icraçı-direktoru İnekke Botter deyib.
Onun sözlərinə görə, ötən il şirkətin investisiyaları 150 milyon dollar təşkil edib.
Bu gün respublika üzrə şirkətin baza stansiyalarının sayı 1800-dən çoxdur və maya kimi "Bakcell" şəbəkəsində onların sayı iki minə çatdırılacaq.
Bundan əvvəl Botterin dediklərinə görə, şirkət 150-200 yeni baza stansiyası quraşdırır və bu tendensiya ikinci rübün sonunadək saxlanacaq; belə ki, respublika ərazisi bütünlüklə "Baksell" mobil rabitə şəbəkəsi ilə əhatə olunacaq.
İstismara verilən yeni baza stansiyaları daha funksionaldır və texnikanın "son sözü"nə uyğundur. Bununla yanaşı, mövcud baza stansiyalarının yeniləri ilə əvəzlənməsi üzrə işlər aparılır. Hazırda şirkət tərəfindən 750 baza stansiyasının dəyişdirilməsi həyata keçirilir.
Ümumilikdə, son ildə "Bakcell" şirkətinin şəbəkəsi iki dəfə genişləndirilib, aktiv abonentlərin sayı isə iki milyona çatıb.