...

Azərbaycanda turizm sahəsində geoinformasiya sistemindən istifadə olunacaq

Telekommunikasiya Materials 29 Aprel 2010 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın "Sinam" İT şirkəti turizm sahəsində geoinformasiya sisteminin tətbiqi (GIS-sistem) üzrə işləri başa çatdırır. Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Geoinformasiya layihəsi axtarış sisteminin istifadəçilərinə internet şəbəkəsi vasitəsilə turizm obyektləri barədə daha ətraflı məlumat əldə etməyə imkan yaradacaq. Sistem internet şəbəkəsi bazasında fəaliyyət göstərəcək.

Layihə çərçivəsində virtual bazanın yaradılması nəzərdən keçirilir. Məlumatlar bazası ilə iş zamanı əməliyyatları birləşdirəcək virtual baza mükəmməl vizualizasiya üstünlükləri ilə yaradılacaq.

Layihədə yerlərin müəyyən edilməsi üzrə qlobal sistemdən (GPS - Global Position System) istifadə ediləcək. Bütün turizm obyektləri GPS terminalları ilə təchiz ediləcək, bu isə öz növbəsində turizm obyektlərinin koordinatlarını və yerləşməsini dəqiqliklə müəyyən etməyə imkan yaradacaq.

Layihənin sifarişçisi Mədəniyyət və Turizm Nazirliyidir. Əsas vəzifə informasiya sisteminin təqdim edəcəyi imkanların bütün həcmdə gündəlik istifadəsini təmin etməkdir.

Hazırda GIS-sistem bütün fəaliyyət istiqamətlərində (təhsil, biznes, ekologiya, hərbi, kənd təsərrüfatı, tikinti sahələrində, faydalı qazıntıların işlənməsi və hasilatı və s.) geniş yayılıb. Turizm sahəsində geoinformasiya texnologiyalarının tətbiqi ölkənin, ayrı-ayrı turizm və ekskursiya maşrutlarının cəlbediciliyini artıracaq.

Xəbər lenti

Xəbər lenti