...

"Azerfon" beynəlxalq "TeleManagement" forumunun üzvü oldu

Telekommunikasiya Materials 10 İyun 2010 14:02 (UTC +04:00)

"Azerfon", "TeleManagement" forumuna daxil ilk Azərbaycan şirkəti oldu. 195 ölkənin 700-dən artıq korporativ üzvünü birləşdirən "TM-Forum" şirkətlərin iş səmərəliliyinin təkmilləşdirilməsinə yönəlmiş dünyanın aparıcı peşəkar assosiasiyasıdır. Forum rəqəmsal xidmətlərin yaradılması və çatdırılması yolunun dəyişdirilməsi üzrə praktik həllər, tövsiyələr və qabaqcıl idarəçilik təcrübəsi təmin edir.

"Bizim şirkət üçün "TM-Forum"a üzvlük müştərilərimizə qabaqcıl və yenilikçi texnologiyaların, eləcə də lazımi səriştələrin təmin edilməsində mühüm bir addımdır. "TM-Forum" kimi yüksəksəviyyəli beynəlxalq platformalarda iştirak etməklə və "Vodafone"," Microsoft", NSN kimi şirkətlərlə tərəfdaşlıq etməklə "Azerfon" qlobal telekommunikasiya təcrübəsindən yararlana bilər", - "Azerfon" Şirkəti idarə heyətinin üzvü Cüneyt Türktan bildirib.

"TM-Forum" "T-Mobile", AT&T, IBM, ORACLE, HP kimi dünyanın ən böyük kommunikasiya, texnologiya və media şirkətlərini bir yerə gətirir. Üç ildən bir qədər artıq fəaliyyət göstərən "Azerfon" Şirkəti yerli mobil telekommunikasiya bazarının aparıcı gücü olmuşdur. "NarMobile" brendinin müvəffəqiyyətlə istifadəyə verilməsi onu ən yaxşı qiymətlərə malik, ölkə daxilində tanınmış operatora çevirib. "Azerfon-Vodafone" brendi vasitəsilə 3G texnologiyasının Azərbaycanda ilk dəfə istifadəyə verilməsi müştərilərimizə ünsiyyət imkanlarını genişləndirmək imkanı yaradıb. Bütün bunlar "Azerfon" Şirkətinin müştəriyə yönələn texnoloji lideri imicini gücləndirib.

Xəbər lenti

Xəbər lenti