...

Azərbaycan kiberməkanda təhlükəsizliyin təminatı üzrə mərkəzin yaradılması barədə konseptual qanunun hazırlanmasında iştirak edəcək

Telekommunikasiya Materials 16 İyun 2010 13:45 (UTC +04:00)
Regional Rabitə Birliyi informasiya təhlükəsizliyi üzrə komissiya kiberməkanda təhlükəsizliyin təminatı üzrə mərkəzin yaradılması barədə konseptual qanunun hazırlanması haqqında qərar qəbul edib, - Regional Rabitə Birliyindən verilən məlumatda deyilir.

Аzərbaycan, Bakı, 16 iyun /Trend, müxbir H.Vəliyev/

Regional Rabitə Birliyi informasiya təhlükəsizliyi üzrə komissiya kiberməkanda təhlükəsizliyin təminatı üzrə mərkəzin yaradılması barədə konseptual qanunun hazırlanması haqqında qərar qəbul edib, - Regional Rabitə Birliyindən verilən məlumatda deyilir.

Qərar ötən həftə Moskvada keçirilən informasiyalaşdırma üzrə MDB-nin İştirakçı Dövlətlərinin Əlaqələndirmə Şurası yanında informasiya təhlükəsizliyi komissiyasının 11-ci iclasında qəbul olunub.

Komissiyanın iclasından əvvəl "Beynəlxalq informasiya əlaqələri problemləri və informasiya təhlükəsizliyi" adlı altıncı Avropa-Asiya forumu və "Təhlükəsiz şəhər" adlı birinci beynəlxalq sərgi-konfrans keçirilib. İclasın işində Azərbaycanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi təmsil edib.

Hazır konseptual qanuna Əlaqələndirmə Şurasının sentyabrın 28-də Kişinyovda keçiriləcək növbəti iclasında baxılması nəzərdə tutulur.

İclas zamanı iştirakçılar, həmçinin, internet şəbəkəsinin idarəçilik imkanları ilə tanış olublar və bu vəziyyətin inkişaf etdirilməsinin vacibliyini beynəlxalq forumlarda müzakirə ediblər. MDB-nin iştirakçı dövlətlərində milli "elektron hökumətlər"səviyyəsində hüquqi cəhətdən qorunmuş transsərhəd informasiya mübadiləsinin təşkil edilməsində texnologiyaların qəbulu, eləcə də onun həyata keçirilməsi barədə texniki vasitələrin müzakirəsi davam etdirilib.

Komissiya iclasının iştirakçıları, həmçinin, 2008-2010-cu illərdə iştirakçı dövlətlərdə informasiya təhlükəsizliyinin təminatı sahəsində Birlik ölkələrinin əməkdaşlıq konsepsiyasının gerçəkləşdirilməsi üzrə kompleks planın yerinə yetirilməsinin təmin edilməsi barədə keçirilən tədbirlərlə tanış olublar.

Xəbər lenti

Xəbər lenti