...

Azərbaycanda internetin nüfuz səviyyəsi 44,4 faiz təşkil edir - "İnternet World Stats"

Telekommunikasiya Materials 24 İyul 2010 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir Q.Vəliyev/

İnternetdən istifadə üzrə beynəlxalq statistika təşkilatı (İnternet World Stats) qlobal şəbəkə istifadəçilərinin sayı ilə bağlı növbəti hesabatı nəşr edib.

"Internet World Stats"in yeni hesabatına əsasən, Azərbaycanda internet istifadəçilərinin sayı 3,69 milyon nəfərə çatır. "İnternet World Stats"in hesablamalırına görə, respublika üzrə İnternetin nüfuz səviyyəsi 44,4 faiz təşkil edir.

"İnternet World Stats"in əvvəlki hesabatında (2009-cu il) Azərbaycanda İnternet istifadəçilərinin sayı 1,48 milyon nəfərdən çox göstərilib.

Azərbaycan internet istifadəçilərinin sayına görə, Ermənistan, Gürcüstan, Qırğızıstan, Tacikistan və Türkmənistanı ötür.

"İnternet World Stats"in hesabatında göstərilən Cənubi Qafqaz və Orta Asiya ölkələri arasında liderlik Qazaxıstana məxsusdur. Orada istifadəçilərin sayı 5,3 milyon nəfərdir.

Hesabata əsasən, Asiya ölkələri dünyada bütün internet istifadəçilərinin 42,4 faizini təşkil edir.

Aşağıdakı cədvəldə Cənubi Qafqaz və Orta Asiya ölkələri üzrə göstəricilər qeyd olunub:

Ölkə

İnternet istifadəçiləri

(2000-ci il)

İnternet istifadəçiləri (son məlumatlar)

Əhali istifadəçilərinin faiz dərəcəsi

Asiya üzrə istifadəçilərin sayı

Azərbaycan

12000

3 689 000

44.4

0,4

Ermənistan

30000

208 200

7

0

Gürcüstan

20000

1 300 000

28.3

0.2

Qazaxıstan

70000

5 300 000

34.3

0.6

Qırğızıstan

51600

2 194 400

39.8

0.3

Tacikistan

2000

700 000

9.3

0.1

Türkmənistan

2000

80 400

1.6

0

Özbəkistan

7500

4 689 000

16.8

0.6

Asiya üzrə cəmi

114 304 000

825 094 396

21.5

100

Xəbər lenti

Xəbər lenti