...

Azərbaycanda ATƏT-in təşkilatçılığı ilə kibertəhlükəsizliyə həsr olunmuş seminar keçirilir

Telekommunikasiya Materials 7 Sentyabr 2010 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə kibertəhlükəsizliyə hərtərəfli yanaşma mövzusuna həsr olunmuş milli seminar keçirilir. Trend-in məlumatına görə, çərşənbə axşamı start götürən seminar iki gün davam edəcək.

Tərbirdə çıxışı zamanı ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel kibertəhlükəsizliyin ATƏT çərçivəsində ən vacib mövzulardan olduğunu deyib.

"Azərbaycanın getdikcə daha çox informasiya və kommunikasiya texnologiyalarından asılılığı artır. Bununla da Azərbaycanın kiberhücumlara qarşı həssaslığı çoxalır. Buna görə də bu sahədə beynəlxalq səviyyədə əməkdaşlıq lazımdır", - Cankorel əlavə edib.

Cankorel Azərbaycanın informasiya texnologiyaları sahəsində irəli getdiyini də deyib.

"Azərbaycan bu sahədə nailiyyətlər əldə edib. Bununla yanaşı, Azərbaycan Avropa Şurasının kibertəhlükəsizliyə qarşı konvensiyasına qoşulub. Bu konvensiyaya qoşulmaqla bəzi qanunvericilik aktlarına dəyişiklik etmək öhdəliyini üzərinə götürüb", - Cankorel bildirib.

İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi Bəxtiyar Məmmədov deyib ki, Azərbaycan internetin terrorçular tərəfindən istifadəsinə qarşı mübarizə aparmaq sahəsində üzərinə öhdəlik götürüb.

Xəbər lenti

Xəbər lenti