Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir Q.Vəliyev/
Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Kəngərli rayonunda yeni rabitə bina evlərinin və poçt şöbələrinin tikintisi üzrə işi başa çatdırıb. Bu barədə nazirliyin məlumatında deyilir.
Rabitə evi Təzəkənd və Xıncab kəndlərində tikilib. Bina əhaliyə poçt, maliyyə və rabitə xidmətlərinin göstərilməsi üçün bütün zəruri texnika və kommunikasiya vasitələri ilə təchiz edilib.