...

"Intel" şirkətinin innovasiya proqramı çərçivəsində Bakının orta təhsil müəssisələrinə 200 netbuk verilib

Telekommunikasiya Materials 28 Sentyabr 2010 20:43 (UTC +04:00)
"Intel" şirkətinin "Bir şagird - bir kompüter" innovasiya proqramı çərçivəsində Bakının orta təhsil müəssisələrinə 200 netbuk verilib.
"Intel" şirkətinin innovasiya proqramı çərçivəsində Bakının orta təhsil müəssisələrinə 200 netbuk verilib

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir H.Vəliyev/

"Intel" şirkətinin "Bir şagird - bir kompüter" innovasiya proqramı çərçivəsində Bakının orta təhsil müəssisələrinə 200 netbuk verilib. Bu barədə "Ultra"şirkətinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Netbuklar Bakı şəhərinin Səbail rayonunun 132 və 134 saylı məktəblərinə verilib.

"Bir şagird - bir kompüter" layihəsi Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə "Intel World Ahead" ümumdünya təşəbbüsü çərçivəsində həyata keçirilir. Onun əsas məqsədi ibtidai və orta məktəblərdə portativ kompüterlərin istifadəsinin innovasiya modellərinin inkişafından ibarətdir.

Netbuklar məktəblilərə tədris prosesində İKT-nin effektiv tətbiqi üçün şəraitin yaradılması məqsədilə həm evdə, həm də sinifdə istifadə üçün verilir.

Kompüterlər "Intel" tələbləri əsasında yaradılıb və ClassMate PC (CMPC) istiqamətinə aiddirlər. CMPC Intel Atom prosessoru əsasında yaradılıb, 10,1-düym LCD-ekranla, yaddaşın böyük həcmi və yığıcı ilə, mexaniki zədələrdən müdafiə ilə, Wi-Fi simsiz girişlə təchiz edilib, Classmate PC muxtar işinin vaxtı səkkiz saatı ötür.

"Ultra" şirkəti ikinci, dördüncü və beşinci sinif şagirdləri üçün "elektron dərslər"lə idarə sistemini nümayiş etdirib ki, bu da şagirdlərin kompüterlərini riyaziyyat, tarix, cəbr və kimya üzrə "elektron dərslər"ə qoşmağa imkan verir. Kimya və tarix üzrə "elektron dərslər" 3D elektron formatında tam səsləndirilmə imkanı ilə vizuallaşdırılmış multimedia materialıdır.

Xəbər lenti

Xəbər lenti