...

Avropa İttifaqı Azərbaycanın "eTwining" proqramına qoşulmaq barədə hazırlığını bəyan edib

Telekommunikasiya Materials 14 Oktyabr 2010 14:01 (UTC +04:00)
Avropa İttifaqı Azərbaycanın "eTwining" proqramına qoşulmaq barədə hazırlığını bəyan edib. Bu barədə cümə axşamı Azərbaycan Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən məlumatda deyilir.
Avropa İttifaqı Azərbaycanın  "eTwining" proqramına qoşulmaq barədə hazırlığını bəyan edib

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir H.Vəliyev/

Avropa İttifaqı Azərbaycanın "eTwining" proqramına qoşulmaq barədə hazırlığını bəyan edib. Bu barədə cümə axşamı Azərbaycan Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən məlumatda deyilir.

Avropa Komissiyasının təşəbbüsü ilə yaradılmış "eTwining" portalı müxtəlif ölkələrin məktəblilərinə bir-biri ilə ünsiyyət yaratmaq imkanı verən tərəfdaş-məktəblərin görüşü üçün virtual meydançadır. Bu gün portalda 101 mindən çox istifadəçi qeydiyyatdan keçib və onun çərçivəsində müxtəlif təhsil istiqamətləri üzrə 2,7 min aktiv layihələr həyata keçirilir.

Bundan əvvəl Trend-ə Təhsil Nazirliyi yanında təhsil sisteminin informasiyalaşdırılması idarəsinin təlim və monitorinq şöbəsinin direktoru Ramil Süleymanov bildirib ki, Azərbaycanda bu platformaya müvafiq bütün şərait var və təhsil müəssisələrinin hazırkı informasiyalaşma səviyyəsi ölkəyə mövcud platformaya digər Cənubi Qafqaz ölkələrindən daha tez qoşulmağa imkan verir. Lakin son qərar bu layihəni qiymətləndirəcək hökumətdən asılı olacaq.

Xəbər lenti

Xəbər lenti