...

"Bakcell" İnternet istifadəçiləri üçün yeni tariflər təqdim edir

Telekommunikasiya Materials 19 Oktyabr 2010 19:56 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru "Bakcell" öz mobil İnternet istifadəçiləri üçün yeni 3.5 G Data Kart paketini təqdim edir.
"Bakcell" İnternet istifadəçiləri üçün yeni tariflər təqdim edir

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Azərbaycanın ilk mobil operatoru "Bakcell" öz mobil İnternet istifadəçiləri üçün yeni 3.5 G Data Kart paketini təqdim edir. Yalnız 50 AZN ödəməklə USB modem, 3.5G Bakcell Data Kart və Data Kart SİM kartına sahib olmaq mümkündür. Abunəçilər öz balanslarından 50 AZN-i 500 MB, 1 GB və ya 30 gün ərzində istifadə edə biləcəkləri 5Gb-lıq üç növ 3.5G İnternet paketindən birinin alınmasına sərf edə bilərlər. 500 MB-lıq İnternet paketinin qiyməti 20 AZN, 1 GB-lıq paketin dəyəri 25 AZN və 5 GB-lıq paketin dəyəri 35 AZN-dir. Abunəçi 500, 1000 və ya 5000 rəqəmini 5934 nömrəsinə göndərməklə İnternet paketini aktivləşdirə bilər.

3.5G Data Kart paketi sayəsində həm də SMS göndərmək və qəbul etmək olar. Bir SMS-in dəyəri ölkə daxilində 0.04 AZN, ölkə xaricində isə 0.073 AZN-dir. "Bakcell"in yeni Data Kart paketlərini "Bakcell"in bütün Müştəri Xidmətləri Mərkəzlərindən, Satış və Xidmət Nöqtələrindən və rəsmi diler dükanlarından əldə etmək olar.

"Bakcell"in 3.5G Data Kart və digər xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-"Bakcell" abunəçiləri isə 055 0000 555-ə zəng etməklə "Bakcell"in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti