...

Azərbaycan Rabitə Nazirliyi və "Arianespace" şirkəti "Azerspace" milli peykinin orbitə çıxışı üzrə müqavilə imzalayıblar (ƏLAVƏ OLUNUB) (FOTO)

Telekommunikasiya Materials 5 Noyabr 2010 14:20 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və "Arianespace" beynəlxalq şirkəti cümə günü "Azerspace" ilk milli telekommunikasiya peykinin orbitə çıxışı üzrə müqavilə imzalayıblar.
Azərbaycan Rabitə Nazirliyi və "Arianespace" şirkəti "Azerspace" milli peykinin orbitə çıxışı üzrə müqavilə imzalayıblar (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan, Bakı, 5 noyabr / Trend,müxbir H.Vəliyev/

RED. əlav.: şəkillər əlavə olunub

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və "Arianespace" beynəlxalq şirkəti cümə günü "Azerspace" ilk milli telekommunikasiya peykinin orbitə çıxışı üzrə müqavilə imzalayıblar. Müqavilənin dəyəri - 93 milyon dollardır.

"Azerspace" peykinin buraxılışı 2012-ci ilin sonuna planlaşdırılıb.

Nazirlik tərəfindən raketdaşıyıcıların yaradılması üzrə keçirilən tenderdə İLS, "Arinaspace", "SpaceX" və "Ukroboronservis" şirkətləri iştirak ediblər.

"Arinaspace" şirkəti "Ariane -5" raketdaşıyıcılarının istehsalı, istismarı və marketinqini həyata keçirir.

Nazirlik tərəfindən artıq orbital mövqenin icarəsi və peykin özünün istehsalı üzrə müqavilə bağlanıb.

"Azerspace" peykinin istehsalçısı kimi Amerikanın "Orbital Sciences Corporation" şirkəti çıxış edir, peykin yerləşdiriləcəyi orbital mövqe isə Malayziyanın MEASAT peyk operatorundan icarəyə götürülüb.

Azərbaycanın telekommunikasiya peyki "Azerspace" rəqəmsal teleradioaparıcılığı, internet şəbəkəsinə çıxış, məlumat ötürülməsi, VSAT multiservis şəbəkəsinin yaradılması kimi xidmətlərin göstərilməsi üçün nəzərdə tutulub.

"Azerspace" peyki C diapazonunun 24 transponder (4-6 GHz tezlik zolaqlı) və Ku diapazonlu 12 transponderlə (11-13 GHz tezlik zolaqlı) təchiz olunacaq. Peyk 46 dərəcə şərq uzaqlığı orbital mövqeyində yerləşdiriləcək. Peykin orbitdə istismar müddəti 20 ilə yaxın olacaq.

"Azerspace"in xidmət zonalarına Avropa, Mərkəzi Asiya və Afrika ölkələri daxil olacaq.

"Azerspace" milli peykinin buraxılış layihəsinin gerçəkləşməsi kosmik telekommunikasiya və rabitə sistemi sahəsində yeni texnologiyaları tətbiq etməyə imkan verəcək, informasiya azadlığını təmin edəcək və vahid informasiya məkanının formalaşmasına şərait yaradacaq.

Bu gün ölkə rabitə və televeriliş üçün xarici peyk transponderlərinin icarəsinə milyon dollarlarla pul xərcləyir. Beynəlxalq təcrübəyə əsasən, altı-səkkiz transponderlərin icarəsi ildə təxminən 9-10 milyon dollara başa gəlir. Milli peykin buraxılışı bu problemi həll etməyə imkan verəcək.

Azərbaycanın bu layihəyə qoyduğu kapital, nazirliyin hesablamalarına görə, 319 milyon manat təşkil edəcək və onun 127 milyonu peykin istismar xərclərinə ayrılacaq. Layihə altı illik istismardan sonra qoyulmuş investisiyaları əhatə edəcək.

"Azerspace" milli telekommunikasiya peykinin buraxılışı layihəsindən alınan gəlirin həcmi 495 milyon manat təşkil edəcək. Mənfəətin həcmi 176 milyon manat təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti