...

Bakı məktəblərində İKT-nin tətbiqi yüksək səviyyədədir – Azərbaycanın təhsil naziri

Telekommunikasiya Materials 28 Yanvar 2011 13:09 (UTC +04:00)
Bakıda təşkil olunan "Təhsildə İKT tətbiqi - bilik, təcrübə, texnologiya" sərgisi paytaxtdakı təhsil prosesində informasiya texnologiyalarının yayılmasının yüksək səviyyəsini nümayiş etdirir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib.
Bakı məktəblərində İKT-nin tətbiqi yüksək səviyyədədir – Azərbaycanın təhsil naziri

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir E.İsmayılov/

Bakıda təşkil olunan "Təhsildə İKT tətbiqi - bilik, təcrübə, texnologiya" sərgisi paytaxtdakı təhsil prosesində informasiya texnologiyalarının yayılmasının yüksək səviyyəsini nümayiş etdirir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib.

"Bu, o deməkdir ki, Bakıda təhsildə İKT-nin tətbiqi çox yüksək səviyyədədir", - cümə günü sərgiyə baxış zamanı Mərdanov bildirib.

Bakı Şəhər Təhsil İdarəsinin təşkil etdiyi sərgidə təhsil prosesində müxtəlif proqramlar və İKT-dən istifadə texnologiyaları təqdim olunub.

Hazırda Azərbaycanda respublika məktəblərində informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi üzrə fəal iş aparılır. Bu məqsədlə dövlət təhsildə İKT-nin inkişafına yönəldilən müxtəlif proqramlar təşkil edir.

Təhsil Nazirliyinin statistikasına görə, bu gün Azərbaycanda ibtidai məktəb şagirdləri istisna olmaqla, hər 20 şagirdə bir kompyuter düşür. Bu göstərici kompyuterlərin orta təhsil müəssisələrinə beş il əvvəlki nüfuzetmə səviyyəsini 60 dəfə üstələyir. O zaman hər 1036 şagirddən birinə cəmi bir kompyuter düşürdü.

Orta təhsil müəssisələrinin kompyuterləşdirilməsi üzrə işlər 2008-2012-ci illərdə Azərbaycanda TİMS Dövlət Proqramı çərçivəsində aparılır.

Layihənin əsas məqsədi İT-dən istifadə olunmaqla və ölkənin dünya təhsil sisteminə inteqrasiyası yolu ilə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün vahid təhsil informasiya mühitinin yaradılmasıdır. Bu, ilk növbədə ölkədəki təhsil sistemini effektiv idarə etməyə, eləcə də İnternet şəbəkəsi vasitəsilə xarici ölkələrin təhsil müəssisələrilə əlaqə saxlamağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti