...

Azərbaycan Rabitə Nazirliyi "CeBIT-2011" informasiya texnologiyaları sərgisində iştirak edəcək

Telekommunikasiya Materials 9 Fevral 2011 11:42 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi martın 1-dən 5-dək Hannover şəhərində (Almaniya) keçiriləcək "CeBIT 2011" beynəlxalq informasiya texnologiyaları sərgisində iştirak edəcək. Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.
Azərbaycan Rabitə Nazirliyi "CeBIT-2011" informasiya texnologiyaları sərgisində iştirak edəcək

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi martın 1-dən 5-dək Hannover şəhərində (Almaniya) keçiriləcək "CeBIT 2011" beynəlxalq informasiya texnologiyaları sərgisində iştirak edəcək. Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Məlumata görə, Azərbaycanı sərgidə beynəlxalq əlaqələr və qeyri-hökumət təşkilatları ilə iş üzrə protokol şöbəsinin aparıcı məsləhətçisi Toğrul Qafarbəyli, "Dilmanc" layihəsinin əməkdaşı Rauf Fətullayev təmsil edəcəklər.

Ötən ildən fərqli olaraq bu il Azərbaycan "CeBIT 2011"də şəxsi stendlə təmsil olunmayacaq.

Bu il sərginin əsas bölmələri İT infrastruktur, biznes prosesi, kommunikasiya, telematika və naviqasiya, nəqliyyat və logistika, ictimai tələbat sektoru, satıcılar və alıcılar arasında ticari vasitəçilik, internet və mobil rabitə vasitələri, bank işi və maliyyə, istehlakçı elektronikasına həsr olunacaq. "CeBIT-2011"-in fərqli xüsusiyyəti sərginin əsasən informasiya-kommunikasiya sahəsinin istehlakçıları üçün nəzərdə tutulmasıdır.

Sərgi çərçivəsində İKT-nin inkişaf aspektlərinə həsr olunan konfranslar təşkil olunacaq.

Təşkilatçıların proqnozlarına görə, bu il sərgiyə 350 min nəfərdən çox adam gələcək.

Xəbər lenti

Xəbər lenti