...

Azərbaycan Milli Elmlər Akademiyası martın sonunadək neft quyularında yeni seysmoloji stansiyalar quraşdıracaq

Telekommunikasiya Materials 28 Fevral 2011 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir H.Vəliyev/

"Shirvan oil" əməliyyat şirkətində və "Siyəzənneft" NQÇİ-nin neft quyularında seysmik aktivliyin təhlilinin aparılması üçün seysmoloji stansiyaların martın sonunadək quraşdırılacağı gözlənilir. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru Telman Əliyev məlumat verib.

Əliyevin sözlərinə görə, seysmoloji stansiyaların qurulması haqqında bütün zəruri sorğular artıq göndərilib və onların yaxın iki həftə ərzində ölkəyə gətiriləcəyi gözlənilir. İnstitut tərəfindən üç ötürücünün verilməsi haqqında sorğu göndərilib.

"Təəssüf ki, "Shirvan oil"də bundan əvvəl quraşdırılan avadanlıqlar onların istismarı zamanı yaranan problemlər səbəbindən ümidlərimizi doğrultmadı. Lakin "Qum adası" yatağındakı beş fəaliyyətsiz quyuda quraşdırılan seysmik stansiyalar artıq öz ilkin nəticələrini verib", - Əliyev deyib.

Bütün stansiyalar radiorabitə sistemi ilə əlaqəlidir ki, bu da neft quyularından məlumatların alınması və təhlil olunması üçün informasiyanın fasiləsiz ötürülməsini təmin etməyə imkan verir.

Quyularda quraşdırılan ötürücülər birbaşa İnstitutun binasında quraşdırılan stansiyalara qoşulub ki, bu da "online" rejimidə anomal hadisələr barədə məlumat əldə etməyə imkan verir. İnformasiya siqnallar yaradır və onlar radiokanal vasitəsilə idarəetmə sisteminə ötürülür. Hər bir siqnalın öz maneləri mövcuddur. Onların vasitəsilə arzuolunmaz insidentləri proqnozlaşdırmaq mümkündür.

Xəbər lenti

Xəbər lenti