Azərbaycan, Bakı, 2 mart /Trend /
Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti daim öz abunəçiləri üçün əlverişli şərait yaratmaq haqqında düşünür. Bu dəfə şirkət 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə CİN abunəçiləri üçün möhtəşəm bayram hədiyyəsi hazırlayıb. Martın 2-dən 15-nə qədər Bakcell-in CİN abunəçiləri telefon danışıqları və SMS-lər üçün daha az ödəyərək daha çox ünsiyyətdə ola biləcəklər.
Bayram kampaniyası çərçivəsində CİN abunəçiləri cəmi 500 kontur müqabilində gündəlik 60 dəqiqə və ya bir saat şəbəkədaxili danışıq vaxtı əldə edə biləcəklər. Bu hədiyyə paketini təkcə özünün deyil, digər abunəçilərin də balansına yükləmək, xüsusi olaraq isə xanımlar üçün bayram hədiyyəsi etmək mümkündür. 60 dəqiqəlik danışıq vaxtı yalnız bir gün ərzində etibarlıdır və kampaniyaya qoşulduğu andan həmin gün gecə saat 00:00-a qədər istifadə oluna bilər. Bayram kampaniyası həmçinin abunəçilərə bir həftə müddətində beynəlxalq çıxış istisna olmaqla, bütün istiqamətlərdə istifadə üçün 50 SMS təklif edir. Bayram SMS paketinə abunə olmaq haqqı 250 konturdur.
Hal-hazırda Bakcell-in 25 dəqiqə şəbəkədaxili bonus kampaniyasında iştirak edən CİN abunəçiləri Beynəlxalq Qadınlar Günü kampaniyası müddətində hər iki paketdən faydalanmaq imkanı əldə edəcəklər.
Qadınlar bayramı üçün hazırlanmış hədiyyə paketi, eləcə də Bakcell-in digər məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com saytına daxil olun və ya 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.