Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi Masallı Telekommunikasiya Qovşağının (TKQ) növbəti nəsil (NGN - Next Generation Network) şəbəkəsi bazasında yenidən qurulması üzrə tender elan edib. Trend-in məlumatına görə, bu barədə "Aztelekom"un Tender Komissiyasının məlumatında deyilir.
Tenderdə iştirakın dəyəri 500 manatdır.
İştirakçılardan ilkin tender sənədləri Masallı TKQ-da 28 aprel saat 17:00-dək, tender təklifləri isə 5 may saat 17:00-dək qəbul edilir.
Tender təkliflərinin açılışı mayın 6-da saat 12:00-da Masallı TKQ-da keçiriləcək.
Tender barədə əlavə məlumat əldə etmək üçün aşağıdakı telefonlara müraciət etmək olar: Masallı TKQ - (0151) 5-30-04 və "Aztelekom" - (012) 343-48-84.