...

"Azerfon-Vodafone" rouminq qiymətlərində 50 faiz endirim elan edir

Telekommunikasiya Materials 1 Aprel 2011 17:53 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Azerfon-Vodafone" abunəçilərinə MDB ölkələri üçün rouminq qiymətlərində 50 faiz endirim təqdim edir.
"Azerfon-Vodafone" rouminq qiymətlərində 50 faiz endirim elan edir

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Azərbaycanın mobil rabitə operatoru "Azerfon-Vodafone" abunəçilərinə MDB ölkələri üçün rouminq qiymətlərində 50 faiz endirim təqdim edir.

Aprel ayının 1-dən etibarən "Azerfon-Vodafone" Rusiya, Qazaxıstan, Belarus, Moldova, Qırğızıstan və Tacikistan ölkələri üçün rouminq xidmətləri üzrə daxil olan zənglərə, çıxan SMS-lərə və 1MB GPRS xidmətlərinə 50% endirim edir. Bu tarixdən etibarən qeyd olunmuş ölkələr "Azerfon-Vodafone" rouminq xəritəsində Zona 1-ə daxil ediləcək. Bununla da "Azerfon-Vodafone" abunəçiləri MDB ölkələrinə səyahət edərkən əhəmiyyətli dərəcədə aşağı qiymətlərlə rouminq xidmətlərindən istifadə edə biləcəklər. Belə ki, abunəçilər Avropa və MDB ölkələrinin daxil olduğu Zona 1 üzrə zənglərə görə 0,50 manat, çıxan zənglər - 1,25 manat, gələn SMS pulsuz, göndərilən hər bir SMS üçün isə 0,25 manat ödəyəcəklər.

"Bizim məqsədimiz müştərilərimizə ən sərfəli, rahat və şəffaf rabitə xidmətlərini təqdim etməkdir. Azərbaycan vətəndaşları tez-tez MDB və Avropa ölkələrinə səyahət edirlər və buna görə də biz MDB ölkələri üçün rouminq tariflərində 50% endirim etdik. Vodafone-la strateji tərəfdaşlığımız bizə müştərilərimizə ən sərfəli və rahat rouminq tariflərli təqdim etmək imkanı yaradır və biz fəxr edirik ki, Azərbaycanda abunəçilərimizə ən yaxşı rouminq xidmətləri göstəririk", - baş icraçı müdir Yurgen Pitz bildirib.

Azərbaycan mobil bazarında ilk dəfə olaraq "Azerfon-Vodafone" 120-dən artıq ölkəni əhatə edən 4 zona üçün 4 qiymətə əsaslanan ən sərfəli rouminq tarifləri tətbiq edir və bu qiymətlər hər zaman www.azerfon-vodafone.com internet səhifəsində əks olunur.

Rouminq zonası

Daxil olan zənglər

(1 dəq.)

Çıxan zənglər

(1 dəq.)

1 SMS qiyməti (göndərilən)

1 MB

GPRS

1

0.5

1.25

0.25

6

2

1

1.5

0.5

12

3

1.5

2.5

0.75

16

4

2

3.5

1

20

Xəbər lenti

Xəbər lenti