...

Azərbaycan Ukrayna ilə STEFI sisteminin sınağını başa çatdırıb

Telekommunikasiya Materials 5 Aprel 2011 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Ukrayna ilə STEFI (Secured Transfer of Electronic Financial Information) pul köçürmələri sisteminin sınağını başa çatdırıb. Bu barədə Trend-ə Azərbaycanın Rabitə və İnformasiya Nazirliyinin Poçt rabitəsi şöbəsinin müdiri, RRB-in Poçt rabitəsi komissiyasının sədri Novruz Məmmədov bildirib.

Onun sözlərinə görə, sistemin sınaq dövrü özünü qənaətbəxş göstərib, lakin onun təcrübə istismarına buraxılışı yekun və diqqətli yoxlamalardan sonra mümkün olacaq.

"Hələlik proqramın tamamlanmasının təşkili və texniki xüsusiyyətləri ilə bağlı bəzi aspektlər mövcuddur. Bu yeni xidmətin tətbiqi ilə bağlı yekun qərar Rusiya, Ukrayna və Azərbaycanın rabitə administrasiyalarının nümayəndələri və Ümumdüdnya Poçt İttifaqının mütəxəssislərinin aprelin 18-19-da Moskvada keçiriləcək görüşündə məlum olacaq", - Məmmədov deyib.

Sistemin təcrübi istismara verilməsi Azərbaycanın poçt operatoruna pul köçürmələri üzrə iki növdə xidmət göstərməyə imkan verəcək. Bu, üç gün ərzində ənənəvi, üç saat ərzində təcili pul köçürmələridir. Artıq Ukrayna ilə hüquqi sənəd imzalanıb. Belarusla da analoji sənəd imzalanıb.

Ümumilikdə Azərbaycan ilin sonunadək beş ölkə ilə STEFI pul köçürmələri sistemini tətbiq etmək niyyətindədir. Bu gün Azərbaycanın əsas trafiki Rusiya, Ukrayna, Belarus və Qazaxıstan üzrədir.

Xəbər lenti

Xəbər lenti