...

Bakıda "Microsoft məhsullarının lisenziyalaşdırılması" tərəfdaşlıq treninqi keçiriləcək

Telekommunikasiya Materials 3 May 2011 13:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend/

Mayın 5-də Bakıda təşkilatlar üçün "Microsoft" məhsullarının lisenziyalaşdırılması seminarı keçiriləcək. Seminar "Microsoft Azərbaycan" tərəfindən şirkətin məhsul və həllərinin satışı ilə məşğul olan yerli tərəfdaşlar üçün təşkil olunacaq.

Seminar "Microsoft"un korporativ lisenziyalaşdırma sahəsindəki tərəfdaşlıq proqramının (Volume Licensing Competency) himayəsi ilə keçiriləcək.

"Volume Licensing" ixtisası onu göstərir ki, "Microsoft"un yerli tərəfdaşı lisenziyalaşıdırma sahəsində lazımi ixtisasa və sertifikasiyalı əməkdaşlara ( Microsoft Certified Professional) malikdir ki, onlar da müştərilərə proqram təminatlarına yatırılan investisiyalardan maksimal faydanı əldə etmələrinə yardım edə bilərlər.

Azərbaycanda "Microsoft"un lisenziyalı məhsullarına olan tələbat durmadan artır. "Volume Licensing" treninqin məqsədi tərəfdaş şirkətlərin satıcılarına korproativ lisenziyalaşdırma qaydalarını öyrətməkdir.

Təlim və sertifikasiya nəticəsində proqram təminatlarını satan şirkətlər müştərilərin lisenziyalı məhsullara keçiddən gözlədikləri ümidlərə effektiv və peşəkar şəkildə cavab verə biləcəklər. Öz növbəsində müştərilər proqram təminatı təchizatçısından aydın seçim meyarlarını ala biləcəklər.

Xəbər lenti

Xəbər lenti