...

Azərbaycan bankı korporativ lisenziyalaşdırma proqramının icrasına başlayıb

Telekommunikasiya Materials 10 İyun 2011 20:01 (UTC +04:00)
"Expressbank" ASC iş stansiyaları və serverlərin proqram təminatının korporativ lisenziyalaşdırma proqramını həyata keçirməyə başlayıb.
Azərbaycan bankı korporativ lisenziyalaşdırma proqramının icrasına başlayıb

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir H.Vəliyev/

"Expressbank" ASC iş stansiyaları və serverlərin proqram təminatının korporativ lisenziyalaşdırma proqramını həyata keçirməyə başlayıb. Trend-in məlumatına görə, bu barədə "Microsoft Azerbaijan"ın məlumatında deyilir.

Müvafiq saziş ASC və "Microsoft"un tərəfdaşı - Large Account Reseller statusuna malik "Softline" şirkəti arasında imzalanıb.

Lisenziyalaşdırma proqramı strukturun bütün iş stansiyaları və serverləri üçün proqram məhsullarının bütün yenilənmiş versiyalarının istifadəsinə görə lisenziyanın alınmasını nəzərdə tutur. İşlər "Microsoft Enterprise Agreement"in lisenziyalaşdırılmış korporativ proqramına uyğun aparılır. O, kompüterlərinin sayı 250-dək olan təşkilatlar üçün nəzərdə tutulub.

"Microsoft Enterprise Agreement" banka daimi istifadə üçün lisenziyaları 3 illik möhlətlə və illik ödənişlərlə almağa imkan verəcək.

Korporativ lisenziyalaşdırmanın üstünlüyü proqram məhsullarının təzə versiyasından, bütün yenilənmələrindən bankın informasiya sisteminin təmini və onun dünya tendensiyalarına uyğun daimi inkişafından istifadə imkanının olmasındadır.

Xəbər lenti

Xəbər lenti