Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın ilkin internet provayderi - "Delta Telecom" şirkəti ölkədə internet xidmətləri provayderləri üçün beynəlxalq kanalların icarə haqqını azaldır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü şirkətdən bildirilib.
İyulun 1-dən etibarən qüvvəyə minəcək "Delta Telecom"un beynəlxalq rabitə kanallarının icarəsi üçün yeni tarifləri icarəyə götürülən buraxılış qabiliyyəti 100 Mbit/saniyədən çox olan hər əlavə alınan 1 Mbit/saniyə üçün 30 manat məbləğdə (ƏDV-siz) müəyyən edilmiş dəyəri nəzərdə tutur.
Əvvəllər alınan əlavə 1 Mbit/saniyənin qiyməti 50 manat olub.
10 Qbit/s və daha yuxarı həcmdə trafiki icarə edən internet servis provayderləri və iri korporativ istifadəçilər üçün hər bir 1 Mbit/saniyənin dəyəri ƏDV-siz 25 manata başa gələcək.